Bərdədə iki yük maşını toqquşub, 2 nəfər yaralanıb

Bərdədə iki yük maşını toqquşub, 2 nəfər yaralanıb Hər iki maşının sürücüsü ağır bədən xəsarətləri alıb
Hadisə
1 Sentyabr , 2016 00:53
Bərdədə iki yük maşını toqquşub, 2 nəfər yaralanıb

Bərdə. 01 sentyabr. REPORT.AZ/ Bərdə-Tərtər yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, qəza zamanı "Kamaz" və "Zil" markalı yük maşınları toqquşub.

Hadisə nəticəsində hər iki maşının sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi