Bərdədə gənc qız yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Hadisə
  • 19 oktyabr, 2022
  • 03:53
Bərdədə gənc qız yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bərdə rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Səlimzadə Günel Şakir qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağtərəfli oturaq və bud sümüklərinin yerdəyişən sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.