Bərdə rayonunun Zöhrabbəyov küçəsində oğurluq hadisəsi baş verib.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, yerli sakin Mürşüd Məmmədova məxsus "VAZ-2106" markalı "09-BR-568" dövlət qeydiyyat nişanlı avtomobil naməlum şəxs tərəfindən oğurlanıb.
Maşın sahibi hadisə barədə Bərdə rayon Polis şöbəsinə məlumat verib. Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
