Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapılıb - FOTO

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapılıb - FOTO Bərdə. 15 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda su arxından meyit tapılıb.
Hadisə
15 Oktyabr , 2018 19:20
Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapılıb - FOTO
Report

Bərdə. 15 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda su arxından meyit tapılıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, bu barədə yerli sakinlər hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Meyitin Bərdə rayon sakini, 1994-cü il təvəllüdlü Elvin Mehman oğlu İmanlıya məxsus olduğu müəyyənləşib. Üzərində zorakılıq əlamətləri müşahidə edilməyən meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi