Bərdədə 110 kilo at əti satışının qarşısı alınıb - FOTO

Bərdədə 110 kilo at əti satışının qarşısı alınıb - FOTO Atın ətindən və daxili orqanlarından pataloji nümunə götürülərək laboratoriyaya göndərilib
Hadisə
14 Oktyabr , 2017 12:04
Bərdədə 110 kilo at əti satışının qarşısı alınıb - FOTO
Report

Bərdə. 14 oktyabr. REPORT.AZ/ Bərdə Rayon Baytarlıq İdarəsi Karantin polisi ilə birgə rayon ərazisində at əti satışının qarşısını alıb. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, keçirilən reyd zamanı rayonun Bakı küçəsində yaşayan Novruzova Vəsilə Ərşad qızı və onun oğlu Niyamədin Novruzovun yaşadığı evin həyətindəki tikilidə 110 kq at əti aşkar edilib.

Ərazidən götürülən at əti rayon Baytarlıq İdarəsinin soyuducu anbarına yerləşdirilib. Eyni zamanda atın ətindən və daxili orqanlarından pataloji nümunə götürülərək Respublika baytarlıq laboratoriyasına göndərilib.

Ekspert rəyindən sonra əlavə tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi