Bərdə sakinindən civə, narkotik vasitələr və silah götürülüb

Bərdə sakinindən civə, narkotik vasitələr və silah götürülüb Bakı. 11. REPORT.AZ/ Bərdə sakinindən, civə narkotik vasitələr və silah götürülüb.
Hadisə
11 Avqust , 2018 12:32
Bərdə sakinindən civə, narkotik vasitələr və silah götürülüb

Bakı. 11. REPORT.AZ/ Bərdə sakinindən, civə narkotik vasitələr və silah götürülüb.

"Report" xəbər veir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, daxil olan məlumat əsasında Bərdə Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Telman Abbasovun evinə baxış zamanı oradan 67,2 qram civə, 8,5 qram marixuana, 2 ədəd qaz tapançası, ona aid 7 ədəd patron və 2 ədəd patron darağı, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, 1 ədəd tir tüfəngi və 72 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi