Bərdə rayon Elektrik Şəbəkəsinə yeni rəis təyin edilib

Bərdə rayon Elektrik Şəbəkəsinə yeni rəis təyin edilib Əvvəlki rəis nöqsanlara görə vəzifədən azad edilib
Hadisə
9 May , 2017 15:47
Bərdə rayon Elektrik Şəbəkəsinə yeni rəis təyin edilib

Bərdə. 9 may. REPORT.AZ/ Bərdə rayon Elektrik Şəbəkəsinə yeni rəis təyin edilib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, "Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə Ziya Quluyev gətirilib.

Bu barədə ASC-nin sədri Baba Rzayev müvafiq əmr imzalayıb.  

Qeyd edək ki, Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi Vidadi Babayev bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi.

Son xəbərlər

Orphus sistemi