Bələdiyyə sədrini və həyat yoldaşını öldürənlərin məhkəməsində şahidlər ifadə verib

Bələdiyyə sədrini və həyat yoldaşını öldürənlərin məhkəməsində şahidlər ifadə verib Məhkəmənin növbəti iclası avqustun 26-na təyin edilib
Hadisə
16 Avqust , 2016 15:46
Bələdiyyə sədrini və həyat yoldaşını öldürənlərin məhkəməsində şahidlər ifadə verib

Bakı. 16 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Məhkəmənin növbəti iclası avqustun 26-na təyin olunub.

Qeyd edək ki, qətl ötən ilin iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı V.Əbilhəsənova və həyat yoldaşı V Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin F.Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında mərhumların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Əbilhəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi