BDU-nun qadın müəllimi faciəli şəkildə ölüb - FOTO

BDU-nun qadın müəllimi faciəli şəkildə ölüb - FOTO O, bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb
Hadisə
1325
16 Yanvar , 2016 01:28
BDU-nun qadın müəllimi faciəli şəkildə ölüb - FOTO

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi Tamara Xaspoladova faciəli şəkildə vəfat edib.

“Report”un xəbərinə görə, 75 yaşlı T.Xaspoladova mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi