Baş Prokurorluqdan ananın qeysəriyyə əməliyyatından sonra ölümü ilə bağlı açıqlama

Baş Prokurorluqdan ananın qeysəriyyə əməliyyatından sonra ölümü ilə bağlı açıqlama Baş Prokurorluq Lənkəran rayonunda ananın qeysəriyyə əməliyyatından sonra ölümü ilə bağlı açıqlama verib
Hadisə
350
26 May , 2021 16:45
Baş Prokurorluqdan ananın qeysəriyyə əməliyyatından sonra ölümü ilə bağlı açıqlama

Baş Prokurorluq Lənkəran rayonunda ananın qeysəriyyə əməliyyatından sonra ölümü ilə bağlı açıqlama verib.

Qurumun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, mayın 26-da Lerik rayonunun Hücü kənd sakini Yaqubzadə Fəridə İlyas qızının ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1993-cü il təvəllüdlü Fəridə Yaqubzadənin mayın 25-də daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağının doğulması, əməliyyatdan sonra ananın vəziyyətinin pisləşməsi və ertəsi gün saat 5 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi