Baş Prokurorluq: "Xaçmazda dərs zamanı şagirdin ölümü ilə bağlı araşdırma aparılır"

Baş Prokurorluq: "Xaçmazda dərs zamanı şagirdin ölümü ilə bağlı araşdırma aparılır" Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.
Hadisə
21 Oktyabr , 2021 17:20
Baş Prokurorluq: Xaçmazda dərs zamanı şagirdin ölümü ilə bağlı araşdırma aparılır
0 : 00
0 : 00

Xaçmaz rayonunda dərs zamanı şagirdin ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki rayonun Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi