Baş Prokurorluq: Suallar videoçarxlar vasitəsilə cavablandırılacaq

Baş Prokurorluq: Suallar videoçarxlar vasitəsilə cavablandırılacaq Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq, vətəndaşı məmnun edən tədbirlər daim həyata keçirilməkdədir.
Hadisə
28 Avqust , 2020 11:39
Baş Prokurorluq: Suallar videoçarxlar vasitəsilə cavablandırılacaq

Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq, müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim həyata keçirilməkdədir.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədi ilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı sualların cavablandırılması qərara alınıb: 

"Bu məqsədlə prokurorluğun bütün fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması təmin olunacaq".

Son xəbərlər

Orphus sistemi