Baş Prokurorluq hakimin vəkillərinə xəbərdarlıq etdi

Baş Prokurorluq hakimin vəkillərinə xəbərdarlıq etdi Baş Prokurorluq hakim Fəqan Əhmədovun vəkillərinin mediaya açıqlamasına münasibət bildirib
Hadisə
31 May , 2021 13:11
Baş Prokurorluq hakimin vəkillərinə xəbərdarlıq etdi

Baş Prokurorluq hakim Fəqan Əhmədovun vəkillərinin mediaya açıqlamasına münasibət bildirib.

Qurumdan “Report”un sorğusuna cavab olaraq bildirib ki, cinayət işi üzrə intensiv istintaq hərəkətləri aparıldığı hazırkı dövr ərzində hər hansı açıqlamanın verilməsi istintaqın gedişatına təsir kimi qəbul ediləcək:

“Odur ki, Baş Prokurorluq bu kimi hərəkətlərdən çəkinməyi tövsiyə edir”.

Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanan cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.

Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

F.Əhmədovun vəkili isə mətbuata açıqlamasında iddia edib ki, hadisə qətl deyil, ehtiyatsızlıqdan baş verib.

Son xəbərlər

Orphus sistemi