Baş Prokurorluq Bərdə sakininin bəraət hökmündən apellyasiya protesti verib

Baş Prokurorluq Bərdə sakininin bəraət hökmündən apellyasiya protesti verib Bərdə rayon məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 152.1-ci mаddəsi ilə təqsirləndirilən Bərdə rayon sakininə bəraət verilmişdir.
Hadisə
15 fevral 2022 13:05
Baş Prokurorluq Bərdə sakininin bəraət hökmündən apellyasiya protesti verib

Baş Prokurorluq Bərdə sakininin bəraət hökmündən apellyasiya protesti verib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumun Mətbuat Xidmətindən bildirilib.

Belə ki, Bərdə Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) mаddəsi ilə təqsirləndirilən Bərdə rayon sakininə bəraət verilib.

Qeyd olunan hökmün işin faktiki hallarına uyğun olmaması əsası ilə həmin şəxsin Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılması məqsədilə fevralın 15-də Baş Prokurorluq tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə protest verilib.

Son xəbərlər

Orphus sistemi