Füzulinin Polis Şöbəsinin əməkdaşı minaya düşüb
Hadisə
- 26 iyun, 2022
- 19:00
İyunun 26-da saat 21 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1989-cu il təvəllüdlü İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.
Xəsarət almış polis serjantı İlham Salmanov xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
08:57
Tonqa Krallığında 5,4 maqnitudada zəlzələ olub
Digər ölkələr08:52
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (10.12.2025)
Maliyyə08:37
Tramp Baydenin rəhbərliyi dövründə FES-də təyinatların qanuniliyini yoxlamağı tapşırıb
Digər ölkələr08:14
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:03
ABŞ Prezidenti Avropanın miqrasiya və enerji siyasətini tənqid edib
Digər ölkələr07:38
Seul KXDR-in təlimlərdə yaylım atəşli reaktiv sistemlərdən 10 mərmi atdığını açıqlayıb
Digər ölkələr07:23
Tramp: ABŞ neftin qiymətini kəskin şəkildə aşağı salmağa çalışmır
Digər ölkələr06:50
KİV: Çində yaşayış binasında yanğın nəticəsində səkkiz nəfər ölüb
Digər ölkələr06:11