Barəsində məcburi gətirilmə qərarı çıxarılmış Nurlana Əliyevanın məhkəmədə iştirakı təmin olunmayıb

Barəsində məcburi gətirilmə qərarı çıxarılmış Nurlana Əliyevanın məhkəmədə iştirakı təmin olunmayıb Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəməsində BSU-nun keçmiş rektoru, barəsində məcburi gətirilmə qərarı çıxarılmış Nurlana Əliyevanın iş
Hadisə
27 Mart , 2023 11:33
Barəsində məcburi gətirilmə qərarı çıxarılmış Nurlana Əliyevanın məhkəmədə iştirakı təmin olunmayıb
Nurlana Əliyeva

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəməsində BSU-nun keçmiş rektoru, barəsində məcburi gətirilmə qərarı çıxarılmış Nurlana Əliyevanın iştirakı təmin olunmayıb.

“Report”un xəbərinə görə, bu barədə hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda elan olunub.

Qeyd edilib ki, prosesdə iş üzrə Dinarə Əliyeva mülki iddiaçı qismində tanınıb.

İddia üzrə cavabdeh D.Əliyevadır.

Daha sonra iş üzrə bir neçə sənəd elan olunub.

Prosesdə D.Əliyevanın müvafiq qurumlara etdiyi müraciətlər oxunub.

Növbəti iclas aprelin 3-ə təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi