"Bank VTB (Azerbaijan)" IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib

"Bank VTB (Azerbaijan)" IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib Bakı. 28 sentyabr. REPORT.AZ/ Bank VTB (Azərbaycan)-ın nümayəndə heyəti Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə Bakıda keçirilən IX Regionlararası Forumda iştirak edib. Forum çərçivəsində bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclasında, eləcə də “Sənaye və energetika: ikitərəfli əlaqələrin perspektivləri” mövzusunda dəyirmi masada iştirak edib.
Hadisə
28 Sentyabr , 2018 17:22
Bank VTB (Azerbaijan) IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bank VTB (Azərbaycan)-ın nümayəndə heyəti Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə Bakıda keçirilən IX Regionlararası Forumda iştirak edib. Forum çərçivəsində bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclasında, eləcə də “Sənaye və energetika: ikitərəfli əlaqələrin perspektivləri” mövzusunda dəyirmi masada iştirak edib.

Bank VTB (Azərbaycan)-ın nümayəndə heyəti iqtisadiyyatın müxtəlif sahələrini, o cümlədən tikinti, nəqliyyat, kənd təsərrüfatı, kimya sənayesini təmsil edən təşkilatlarla görüş keçirib. Bankın əməkdaşları Euroscon, Azvirt, Alliance Group, Isr Holding, Dövlət Aqrar Ticarət Şirkəti, Khazar-Lada, AS Group, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycandakı Rusiya İxrac mərkəzi kimi təşkilatların nümayəndələri ilə əməkdaşlıq, Azer-Yod şirkəti ilə ixrac faktorinqi məsələlərini müzakirə edib.

VTB-nin Azərbaycandakı fəaliyyəti forumun plenar iclasında da qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Rusiya Regionlararası Forum hər il keçirilir və iki ölkə arasında işgüzar əməkdaşlığın genişlənməsi məqsədi daşıyır. Forum profil nazirlikləri, Rusiya və Azərbaycan prezidentləri administrasiyası nümayəndələri, hər iki ölkənin region rəhbərləri, o cümlədən hakimiyyət orqanlarının, işgüzar dairələrin və qeyri-dövlət təşkilatlarının nümayəndələrinin müştərək işləməsi üçün meydançadır.

Son xəbərlər

Orphus sistemi