Bakı
"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Səddam Nəzərli xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 000 manatı şəxsi hesablara köçürərək nağdlaşdırıb.
Xüsusi əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinəm Səddam Nəzərli saxlanılıb.
Baxış zamanı saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.
İttihama görə, S.Nəzərli banka, ümumilikdə, 62 min manat zərər vurub.
Səddam Nəzərli itttihamda dəymiş zərərlə bağlı göstərilən məbləğin şişirdildiyini, cəmi 40 min manat ələ keçirdiyini bildirib.
Məhkəmədə bankın nümayəndəsi 39 min manatlıq iddia qaldırıb və bildirilib ki, məbləğin digər hissəsi bank tərəfindən geri alınıb.
Məhkəmə prosesi davam edəcək.
Qeyd edək ki, S.Nəzərliyə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi açılıb.
Qeyd edək ki, Səddam Nəzərli daha əvvəl də Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunub