Balakəndə yol qəzası olub, ölən və yaralananlar var

Balakəndə yol qəzası olub, ölən və yaralananlar var Balakən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə
12 Sentyabr , 2022 12:59
Balakəndə yol qəzası olub, ölən və yaralananlar var

Balakən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Yevlax-Zaqatala-Gürcüstan magistralının rayonun Katex kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan "BMW" və "KİA" markalı avtomobillər toqquşub.

Hadisə zamanı ölən P.Baradov "KİA" markalı avtomobildə sərnişin olub.

"BMW" markalı avtomobilin sürücüsü Cavid Rövşən oğlu Bayramov və sərnişinlər - İlham Kamil oğlu Taralov və Teymur Mikayıl oğlu Layıcov müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

12:05

 Balakəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, bu, Balakən rayonunun Tülü kənd sakini, 1989-cu il təvəllüdlü Pərviz Heybullah oğlu Baradovdur. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasın dəyişib. 
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə yerləşdirilib. 

09:30


Balakən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan 2 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi