Balakəndə yas mərasimləri keçirənlər cərimələndi

Balakəndə yas mərasimləri keçirənlər cərimələndi Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə iki fərqli ünvanda yas mərasimləri keçirilməsinin qarşısı alınıb
Hadisə
9 Aprel , 2021 10:24
Balakəndə yas mərasimləri keçirənlər cərimələndi

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə iki fərqli ünvanda yas mərasimləri keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Qazma və Püştətala kəndləri ərazisində, Şəhmir EminovAkif Abdullayevə məxsus fərdi yaşayış evlərində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, yas mərasimləri keçirildiyi müəyyən edilib.

Həmin ünvanlara baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkar olunub.

Mərasimləri təşkil edən şəxslərlə profilaktiki söhbət aparılıb və barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi