Yuxarı

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Bakı. 31 avqust. REPORT.AZ/ Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Katex kəndi ərazisində baş verib. 

Balakən rayon sakini Elvin Ölkəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəktədə olan zaman Zaqatala rayon sakini Aydın Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub. 

Nəticədə hər iki avtomobilin sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, "VAZ-2106"-nın sürücüsü A.Əliyev həkimlərin səylərinə baxmayaraq ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi