Balakəndə 36 yaşlı qadın evində ölü tapılıb - YENİLƏNİB

Balakəndə 36 yaşlı qadın evində ölü tapılıb - YENİLƏNİB Balakən. 2 yanvar. REPORT.AZ/ Balakən rayonunda yaşadığı evdə meyiti tapılan qadının şəxsiyyəti məlum olub.
Hadisə
2 Yanvar , 2019 21:44
Balakəndə 36 yaşlı qadın evində ölü tapılıb - YENİLƏNİB
Report

Balakən. 2 yanvar. REPORT.AZ/ Balakən rayonunda yaşadığı evdə meyiti tapılan qadının şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər erir ki, rayonun Tülü kənd sakini, 1983-cü il təvəllüdlü Əfəndiyeva Zeynəb Vahid qızının meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.

Z.Əfəndiyevanın ölümünün dəqiq səbəbini müəyyən etmək hələlik mümkün olmayıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə yerləşdirilib. 

Z.Əfəndiyevanın evli və bir övlad anası olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 20:12

Balakən. 2 yanvar. REPORT.AZ/ Balakən rayonunda qadın meyiti tapılıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Tülü kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini orta yaşlı qadın 30-35 yaşlarında qadının meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkar olunub. Hadisə ilə bağlı mərhumun yaxınları dərhal hüquqmühafizə orqanlarının əməkdaşlarına məlumat veriblər. Hələlik şəxsiyyəti məlum olmayan qadının üzərində hər hansı zorakılıq əlamətlərinin olması ilə bağlı məlumat

Daha əvvəl Qax rayonunda 70 yaşlı kişinin meyiti aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi