Balakən xəstəxanasının gənc işçisi küçədə qəfildən ölüb

Balakən xəstəxanasının gənc işçisi küçədə qəfildən ölüb Balakən. 20 oktyabr. REPORT.AZ/ Balakən rayonunda 26 yaşlı qadın küçədə qəfildən ölüb.
Hadisə
20 Oktyabr , 2018 15:22
Balakən xəstəxanasının gənc işçisi küçədə qəfildən ölüb
Foto: "Report"

Balakən. 20 oktyabr. REPORT.AZ/ Balakən rayonunda 26 yaşlı qadın küçədə qəfildən ölüb.

"Report"un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Balakən Rayon Mərkəzi Xəstəxanasının qarşısındakı dayanacaqda baş verib.

Belə ki, rayonun Mahmalar kənd sakini, 1992-ci il təvəllüdlü Aygün İlqar qızı Şibliyeva dayanacaqda marşrut gözləyən zaman qəfildən halı pisləşərək yıxılıb.

Hadisə yerində olan sakinlər dərhal ona kömək etməyə və yerdən qaldırmağa çalışıblar. Lakin A.Şibliyeva orada ölüb.

Gənc qadının ölüm səbəbini dəqiqləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib. 

Qeyd edək ki, A.Şibliyeva Balakən Rayon Mərkəzi Xəstəxanasının işçisi olub.

Hadisə A.Şibliyeva işdən çıxıb evinə gedərkən baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi