Balakən sakininin evində külli miqdarda narkotik aşkarlanıb

Balakən sakininin evində külli miqdarda narkotik aşkarlanıb Balakən sakininin evində külli miqdarda narkotik aşkarlanıb.
Hadisə
18 İyun , 2019 10:18
Balakən sakininin evində külli miqdarda narkotik aşkarlanıb

Balakən sakininin evində külli miqdarda narkotik aşkarlanıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları iyunun 17-də daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Tülü kənd sakini Rövşən Əliyev saxlanılıb.Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 98 ədəd narkotik tərkibli çətənə bitkisi və 19 ədəd ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 11 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi