Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib.
Məlumata görə, oktyabrın 19-da Z.Bünyadov prospektində kafedə naməlum şəxs Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımova bıçaq xəsarəti yetirib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Tərtər rayon sakini 1986-cı il təvəllüdlü Elçin Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.