Bakıda dilənçiliklə məşğul olan 62 nəfər saxlanılıb

Bakıda dilənçiliklə məşğul olan 62 nəfər saxlanılıb Onlardan 29-u azyaşlıdır
Hadisə
8 Sentyabr , 2014 16:22
Bakıda dilənçiliklə məşğul olan 62 nəfər saxlanılıb

Bakı. 8 sentyabr.REPORT.AZ/ Bakıda dilənçiliklə məşğul olan 62 nəfər saxlanılıb. Bu barədə Report-a Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Binəqədi RPİ-nin 6-cı polis bölməsi əməkdaşlarının keçirdiyi tədbir nəticəsində avaralıq və dilənçiliklə məşğul olan 62 nəfər müəyyən olunub. Onlardan 17-si qadın, 6-sı kişi, 29-u isə azyaşlıdır.

Saxlanılan şəxslər Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilib.

İngilis versiyası 62 beggars detained in Baku

Son xəbərlər

Orphus sistemi