Yuxarı

"BakuBus"ın avtobusu qəzaya düşüb - FOTO

Hadisə nəticəsində xəsarət alan olmayıb

Bakı. 1 aprel. REPORT.AZ/ Bakı şəhərinin Səbail rayonu ərazisində, Salyan şosesində, "Baku Crystal Hall"un yaxınlığında "BakuBus" MMC-nin 6 nömrəli marşrut avtobusu "Mercedes E200" markalı, 90 CZ 648 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

"Report"un hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda "BakuBus" rəhbərliyinin hadisə yerinə gəlməsi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi