​Bakıda yaşayış binasında 4 mənzildə yanğın baş verib

​Bakıda yaşayış binasında 4 mənzildə yanğın baş verib Evlərin qalan hissəsi və digər evlər yanğından mühafizə olunub
Hadisə
14 İyul , 2016 21:51
​Bakıda yaşayış binasında 4 mənzildə yanğın baş verib

Bakı. 14 iyul. REPORT.AZ/ Paytaxtda bir neçə yaşayış evində yanğın hadisəsi baş verib. 

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Yasamal rayonunda hər mərtəbəsi 500 kv.m olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 16 kv.m olan 1 otaqlı evin dəhlizi 6 kv.m, ümumi sahəsi 48 kv.m olan 3 otaqlı evin dəhlizinin lambirdən ibarət tavanı 12 kv.m sahədə, 1-ci mərtəbədə ümumi sahəsi 16 kv.m olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ümumi sahəsi 15 kv.m olan 1 otaqlı evin giriş qapısı qismən və dəhlizin yanar konstruksiyaları 4 kv.m sahədə yanıb.

Evlərin qalan hissəsi və digər evlər yanğından mühafizə olunub.

Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Son xəbərlər

Orphus sistemi