Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO - YENİLƏNİB

Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO - YENİLƏNİB Azərbaycanda hoteldə karantin qaydaları pozulub
Hadisə
4 Mart , 2021 18:05
Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO - YENİLƏNİB

Sosial şəbəkələrdə paytaxtın Səbail rayonunda yerləşən “Park İnn” otelində xüsusi karantin rejiminin pozulması ilə bağlı yayılan görüntülər araşdırılıb.

DİN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirin keçirildiyi gün polis əməkdaşları həmin ünvana yaxınlaşaraq orada keçirilən tədbirin konfrans xarakterli olması və sosial məsafə ilə bağlı tələblərə əməl edilməsi müəyyən edilib:

"Konfrans pandemiya şəraitində qanunla nəzərdə tutulan normalar çərçivəsində təşkil olunub, yalnız səhnədə çıxış edən şəxslər tibbi maskadan istifadə etməyiblər".

17:21

Azərbaycanda hoteldə karantin qaydaları pozulub.

“Report”un xəbərinə görə, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, “Park İnn” hotelinin “Dan ulduzu” zalında mükafatlandırma mərasimi keçirilib. Mərasimdə 50 nəfərdən artıq şəxs iştirak edib. Hətta ara məsafə belə gözlənilməyib.

Videogörüntülərdən də göründüyü kimi, mükafatlandırma mərasimində karantin qaydaları pozulub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimində ölkə ərazisində insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

Son xəbərlər

Orphus sistemi