Bakının mərkəzində iki avtomobil toqquşdu, xəsarət alan var

Hadisə
  • 15 aprel, 2020
  • 18:27
Bakının mərkəzində iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Füzuli küçəsində qeydə alınıb.

İki minik avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Abdullayev Orxan xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ona bud sümüyünün sınığı diaqnozu qoyulub. 27 yaşlı gənc reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.