Bakıda zəncirvarı yol qəzası baş verib
Hadisə
- 01 dekabr, 2014
- 05:35
Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda zəncirvarı yol qəzası baş verib. "Report"un məlumatına görə, Yasamal rayonunda, Abbas Mirzə Şəfizadə küçəsində qeydə alınan qəza zamanı idarəetməni itirən sürücü idarə etdiyi avtomobili yol kənarında dayanan avtomobillərə çırpıb.
Belə ki, Şərifzadə küçəsi ilə Mətbuat prospekti istiqamətində yüksək sürətlə hərəkət edən "Volkswagen" markalı minik maşını yol kənarında dayanan "QAZ-3110" və "Azsamand" markalı avtomobilləri vurub. Qəza nəticəsində xəsarət alan olmayıb. Lakin hər üç avtomobilə ciddi ziyan dəyib. Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. Qəzaya səbəb olan "Volkswagen" evakuasiya edilib və cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
05:46
ABŞ-nin Florida ştatında təyyarə çimərlik yaxınlığında qəzaya uğrayıb
Digər ölkələr05:18
"Hizbullah": Livanın cənubunda İran hərbçiləri yoxdur
Digər ölkələr04:56
"Real Madrid" La Liqa mövsümünə "Espanyol" üzərində qələbə ilə başlayıb
Futbol04:24
CNN: Melanoma əleyhinə peyvənd xərçəng xəstəliyinin müalicəsi üçün yeni yol aça bilər
Sağlamlıq04:02
Yaponiyada baş verən zəlzələ nəticəsində yeddi nəfər xəsarət alıb - YENİLƏNİB
Digər ölkələr03:43
Foto
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Hadisə03:14
"Priska" siklonu Belarusda yüzlərlə yaşayış məntəqəsini elektriksiz qoyub
Digər ölkələr02:38
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək
Digər ölkələr02:07