Bakıda zəncirvari qəza baş verib, xəsarət alan var

Bakıda zəncirvari qəza baş verib, xəsarət alan var Araşdırma aparılır
Hadisə
22 Fevral , 2017 11:08
Bakıda zəncirvari qəza baş verib, xəsarət alan var

Bakı. 22 fevral. REPORT.AZ/ Bakının Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.

"Report"un xəbərinə görə, hadisə prospektin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, Ələkbərov Orxan 10-ZM-494 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobili yüksək sürətlə sürüb. İdarəetmədən çıxan "Nissan" yol kənarında hərəkətsiz dayanan "Mercedes" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən "Mercedes"dən çıxan ehtiyat hissələri "Toyoto" markalı avtomobilə çırpılıb. Nəticədə hər üç avtomobil yararsız hala düşüb. O.Ələkbərov ağır xəsarət alaraq 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Hadisənin baş verdiyi əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hər 3 avtomobil cərimə meydançasına aparılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi