Bakıda zavodda partlayış baş verib - FOTO - YENİLƏNİB

Bakıda zavodda partlayış baş verib - FOTO - YENİLƏNİB Hazırda ərazidə qatı tüstü müşahidə olunur
Hadisə
6 Fevral , 2018 20:06
Bakıda zavodda partlayış baş verib - FOTO - YENİLƏNİB

Bakı. 6 fevral. REPORT.AZ/ Bakının Xətai rayonundakı "Radioquraşdırma zavodu" İstehsalat Birliyində baş vermiş partlayış yanğınla müşayiət olunub. 

"Report"un məlumatına görə, əraziyə 17 yanğınsöndürən maşın, xeyli sayda təcili tibbi yardım briqadası, polis əməkdaşları cəlb olunub. 

"Radioquraşdırma zavodu" istiqamətindəki yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir. 


*** 19:34

Bakının Xətai rayonunda zavodda güclü partlayış baş verib. 

"Report"un məlumatına görə, əraziyə xeyli sayda yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub. 

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon yanğından mühafizə hissəsindən "Report"a verilən məlumata görə, partlayış Radioquraşdırma zavodu ərazisində qeydə alınıb. 

Hazırda ərazidə qatı tüstü müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi