Bakıda yüksək sürətlə gedən BMW zəncirvari yol qəzası törədib - YENİLƏNİB - FOTO - VİDEO

Bakıda yüksək sürətlə gedən BMW zəncirvari yol qəzası törədib - YENİLƏNİB - FOTO - VİDEO Qəza zamanı iki maşın yararsız vəziyyətə düşüb
Hadisə
21 İyun , 2018 11:14
Bakıda yüksək sürətlə gedən BMW zəncirvari yol qəzası törədib - YENİLƏNİB - FOTO - VİDEO
Report

Video əlavə olunub. 


*** 07:23

Bakı. 21 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonunda 3 avtomobil toqquşub.

"Report" xəbər verir ki, Şəmsi Bədəlbəyli küçəsində yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobilin sürücü Qış parkının yaxınlığında idarəetməni itirib.

Nəticədə BMW yol kənarında dayanan "Niva" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən "Niva" qarşısında olan "Hyundai"yə dəyib. Hadisə zamanı BMW və "Niva" yarasız hala düşsə də, xəsarət alan olmayıb.

Yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın baş vermə səbəbini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin edilib. Hər üç maşın cərimə meydançasına aparılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Foto: Ruslan Məmmədov

Son xəbərlər

Orphus sistemi