Yuxarı
    Bağlamaq

    Bakıda YPX motosikletini vuran sürücü avtomobilini tərk edərək hadisə yerindən qaçıb

    Hadisə Yasamal rayonu Mikayıl Müşfiq küçəsində qeydə alınıb

    Bakı. 13 avqust. REPORT.AZ/ Bakıda Yol Patrul Xidmətinin (YPX) motosikletinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Yasamal rayonu Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

    Belə ki, həmin ərazidə xidmət aparan YPX-nin polis serjantı Samir Kərimovun idarə etdiyi “Yamaha” markalı motosiklet naməlum sürücü tərəfindən idarə edilən “Mercedes-Benz” markalı avtomobillə vurulub.

    Sürücü avtomaşını tərk edərək hadisə yerindən qaçıb.

    Faktla bağlı araşdırmalar aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi