Bakıda yol qəzasında iki qardaş ağır xəsarət alıb

Bakıda yol qəzasında iki qardaş ağır xəsarət alıb Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
28 Dekabr , 2019 23:45
Bakıda yol qəzasında iki qardaş ağır xəsarət alıb

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən yolun kənarında olan “Şaqman” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan 1992-ci il təvəllüdlü Fərrux və 1997-ci il təvəllüdlü Fərid adlı şəxslər müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan şəxslər qardaşdır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi