Bakıda yol qəzası olub, xəsarət alanlar var

Hadisə
  • 19 avqust, 2022
  • 00:42
Bakıda yol qəzası olub, xəsarət alanlar var

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Ümidli Ümid Eyyub oğlu və 1985-ci il təvəllüdlü Kazımov Namiq Duman oğlunun olduqları motosiklet avtomobillə toqquşub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.