Bakıda yol qəzası olub, hamilə qadın xəsarət alıb

Bakıda yol qəzası olub, hamilə qadın xəsarət alıb Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində avtomobil qəzası baş verib.
Hadisə
26 Noyabr , 2019 17:51
Bakıda yol qəzası olub, hamilə qadın xəsarət alıb

Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində avtomobil qəzası baş verib. 

"Report" xəbər verir ki, hadisə zamanı üç nəfər xəsarət alıb. 

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə barədə məlumat təcili yardıma saat 13:46-da daxil olub. Hadisə yerindən 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi