Yuxarı

Bakıda yol polisindən qaçan sürücü qəza törədib - FOTOLAR

Faktla bağlı araşdırma aparılır

Bakı. 5 dekabr. REPORT.AZ/ Bakıda yol polisi ilə sürücü arasında qarşıdurma olub. "Report"un məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.

Belə ki, yol polisi əməkdaşları yol hərəkəti qaydasını pozan "Mercedes" markalı avtomobilin sürücüsünə "Saxla!" əmri verib. Lakin sürücü əmrə tabe olmayıb və aradan çıxmağa çalışıb. Yol polisi əməkdaşları avtomobili məcburi qaydada dayandırmağa çalışıblar. "Mercedes" Niyazi küçəsi ilə "Azneft meydanı"na doğru hərəkət edib. Lakin dairədə yol-patrul xidmətinə məxsus avromobilin olduğunu görən sürücü yüksək sürətlə Adil İsgəndərov küçəsinə daxil olub. Sürücü idarəetməni itirib və maşını yol kənarında dayanan "Lada" markalı avtomobilə çırpıb. Bu dəfə sürücü avtomobili hadisə yerində qoyaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşlarından qaçan sürücünü saxlaya biliblər. İlkin məlumata görə, sürücünün adı Hafizdir. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi