Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 18-də saat 01:15 radələrində, Xətai prospektində avtoxuliqanlıq edərək Yol Patrul Xidməti Alayının inspektoruna xəsarət yetirməkdə şübhəli bilinən, “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Namik Xanəliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.