Bakıda yeznəsini öldürüb, bacısına xəsarət yetirən şəxsin məhkəməsi başlayıb

Bakıda yeznəsini öldürüb, bacısına xəsarət yetirən şəxsin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini qətlə yetirib, bacısına ağır xəsarət yetirməkdə təqsirləndirilən Müşfiq Ələsovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
9 Noyabr , 2019 15:13
Bakıda yeznəsini öldürüb, bacısına xəsarət yetirən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini qətlə yetirib, bacısına ağır xəsarət yetirməkdə təqsirləndirilən Müşfiq Ələsovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində baş verib.

Belə ki, 23 yaşlı İsmayılov İbrahim Etibar oğlu qaynı M.Ələsov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs daha sonra bacısı, 1991-ci il təvəllüdlü Ələsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qadının həyatını xilas etmək mümkün olub.

M.Ələsov polis tərəfindən saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi