Bakıda yerüstü keçidin altında piyadanı maşın vuraraq öldürüb - FOTO - ƏLAVƏ OLUNUB

Bakıda yerüstü keçidin altında piyadanı maşın vuraraq öldürüb - FOTO - ƏLAVƏ OLUNUB Qəza hava limanı yolunda baş verib
Hadisə
11 Sentyabr , 2017 02:55
Bakıda yerüstü keçidin altında piyadanı maşın vuraraq öldürüb - FOTO - ƏLAVƏ OLUNUB
Foto: Report.az

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakıda avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub. 

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 11-nə keçən gecə Sabunçu rayonu ərazisində İmişli rayon sakini Müşviq Mikayıl idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Malik Rəcəbovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

***

Bakıda yerüstü piyada keçidindən istifadə etməyən şəxsi avtomobil vuraraq öldürüb.

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində baş verib.

Təxminən 40-45 yaşlı kişi magistral yolu yerüstü piyada keçidinin altından keçərkən onu minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Sürücü polis tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi