Bakıda yeni quraşdırılan liftlərin əyləc sistemi oğurlanıb
Hadisə
- 25 sentyabr, 2019
- 11:54
Bakıda yeni quraşdırılan liftlərin əyləc sistemi oğurlanıb.
"Report"un xəbərinə görə, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib.
Belə ki, B.Nuriyev küçəsi 49 və 71 ünvanlarında yeni liftlər quraşdırılıb. Həmin liftlərin hər birinin dəyəri 550 avro olan əyləc sistemi oğurlanıb. Ümumilikdə, 7 liftin əyləc sistemi naməlum şəxs tərəfindən oğurlanıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi paytaxtda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Almaniyanın "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalayıb. Müqavilə əsasında bu ilin sonuna kimi 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub.
Son xəbərlər
13:01
Azər Bağırov: "Milli komandaya çağırılan futbolçular yaxşı formadadırlar"
Futbol13:01
Foto
Video
Tarixin izlərini qoruyan əzəmətli Gəncəsər monastırı - VİDEO
Qarabağ12:52
Foto
Azərbaycan və Özbəkistan üçüncü ölkələrdə birgə turizm tədbirləri keçirəcəklər
Turizm12:50
Azərbaycan Gürcüstanda IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur
Energetika12:48
Foto
Alban mədəni irsinin beynəlxalq müstəvidə tanıdılması zərurəti vurğulanıb
Daxili siyasət12:47
Foto
Azərbaycan IEC ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Energetika12:44
Foto
Azərbaycan Beynəlxalq Elektrotexniki Komissiya ilə əməkdaşlığı genişləndirir
Biznes12:40
Foto
Biləsuvarda dinin siyasiləşdirilməsinin yaratdığı risklərə həsr olunan regional konfrans keçirilib - YENİLƏNİB
Din12:40