Bakıda yaşlı qadını maşın vurub

Bakıda yaşlı qadını maşın vurub Yaralının vəziyyəti ağırdır
Hadisə
17 Yanvar , 2018 00:07
Bakıda yaşlı qadını maşın vurub

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakının Binəqədi rayonunda piyadanının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1961-ci il təvəllüdlü Səfərəliyeva Məlahət Vəkil qızı Biləcəri qəsəbəsində yolu keçmək istəyən zaman onu "Mercedes" markalı minik avtomobili vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qadının vəziyyəti ağırdır.

Hadisə barəsində Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi