Bakıda yaşayış evində yanğın söndürülüb, sakinlər təxliyə edilib - YENİLƏNİB-3

Bakıda yaşayış evində yanğın söndürülüb, sakinlər təxliyə edilib - YENİLƏNİB-3 Bakıda Gəncə prospektində yerləşən Xətai park yaşayış kompleksində güclü yanğın başlayıb.
Hadisə
31 dekabr 2023 21:56
Bakıda yaşayış evində yanğın söndürülüb, sakinlər təxliyə edilib - YENİLƏNİB-3

Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb.

Bu barədə "Report"a FH-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən sakinlər təxliyə olunub.

01:11

Bakının Xətai rayonunda binaların birində baş verən yanğınla əlaqədar saat 00:21 radələrində Daxili İşlər Nazirliyinin 102 Zəng mərkəzinə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, məlumat üzrə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə polis əməkdaşları əraziyə cəlb olunub.

Müvafiq təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan yoxdur.

01:05

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

"Report" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

01:00

Bakının Xətai rayonunda yaşayış kompleksində güclü yanğın başlayıb.

"Report" xəbər verir ki, yanğın çoxmərtəbəli binada yerləşən mənzillərdən birinin eyvanında baş verib.

Belə ki, eyvana düşən fişəng yanğına səbəb olub.

Hazırda əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi