Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün Bakının Binəqədi rayonundakı Bünyad Sərdarov adına Bakı maşınqayırma zavodunda məhkəmələrin qərarları ilə müsadirə olunmuş 505 kiloqramdan artıq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları məhv edilib.
“Report”un xəbərinə görə, narkotiklərin məhv olunması prosesində Azərbaycan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları iştirak ediblər.