​Bakıda yanğın zamanı xəstəxanaya yerləşdirilən 50 nəfərdən 31-i evə buraxılıb

​Bakıda yanğın zamanı xəstəxanaya yerləşdirilən 50 nəfərdən 31-i evə buraxılıb Onlara lazımi tibbi yardım göstərilib
Hadisə
19 May , 2015 21:42
​Bakıda yanğın zamanı xəstəxanaya yerləşdirilən 50 nəfərdən 31-i evə buraxılıb

Bakı. 19 may. REPORT.AZ/ "Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla əlaqədar Təcili Tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilən 50 nəfər yaralıdan 31-nə lazım olan tibbi yardım göstərilib və onlar artıq evə buraxılıb".

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, 19 yaralı hazırda xəstəxana şəraitində müalicəsini davam etdirir və səhhətləri qənaətbəxşdir, yəni həyati təhlükələri yoxdur.

Bu gün baş verən yanğın zamanı aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib. Ölənlər arasında 2-si qız, digər 2-si isə oğlan uşağı olmaqla 4 azyaşlı olub.

Son xəbərlər

Orphus sistemi