Bakıda yanğın zamanı xəsarət alan nəzarətçi xəstəxanada ölüb
Hadisə
- 04 yanvar, 2017
- 05:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 yanvar. REPORT.AZ/ Bakıda yeni inşa edilən binanın nəzarətçi otağında baş verən yanğın zamanı yanıq xəsarəti alan şəxs xəstəxanada ölüb.
"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, yeni inşa edilən binalardan birinin nəzarətçi otağında yanğın baş verib. Nəticədə otağın bir hissəsi tamamilə yanıb.
Hadisə zamanı orada nəzarətçi işləyən 1970-ci il təvəllüdlü İmanov Azər Mirzə oğlu yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Həkimlərin cəhdlərinə baxmayaraq, A.İmanovun həyatını xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Son xəbərlər
22:32
ABŞ-də quş qripindən ölüm faktı qeydə alınıb
Digər ölkələr
22:20
Balakəndə 66 yaşlı kişi bıçaqlanıb, qardaşı şübhəli bilinir
Hadisə
22:18
Türkiyədə helikopter qəzası nəticəsində 5 hərbçi həlak olub - Yenilənib
Region
21:59
Almaniya "Patriot" üçün 4 milyard avroya yüzlərlə raket almaq niyyətindədir
Digər ölkələr
21:58
ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb
Digər ölkələr
21:50
ABŞ tarixində üçüncü dəfə Amerika Kubokuna ev sahibliyi edəcək
Futbol
21:38
Avropa Komissiyası Aİ-nin 11 ölkəsinə büdcə qaydalarının pozulması barədə xəbərdarlıq edib
Digər ölkələr
21:23
İran Hörmüz boğazında 26 yedək gəmisini qara siyahıya salıb
Region
20:54
Milibend: London Moskva ilə yüksək səviyyədə dialoqu bərpa etmək niyyətində deyil
Digər ölkələr