Yuxarı

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxsin apellyasiya şikayəti təmin olunmayıb

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxsin apellyasiya şikayəti təmin olunmayıb
Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Sərxan Maillinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Maillinin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, quldurluq hadisəsi ötən ilin dekabr ayında baş verib. Bakının Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan S.Mailli və Kürdəmir rayon sakini Niyaməddin Mustafayev orada işləyən İsmayıllı rayon sakini Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilənlər şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan S.Mailli apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi