Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərin cinayət işi məhkəməyə göndərilib

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərin cinayət işi məhkəməyə göndərilib Bakı. 9 iyul. REPORT.AZ/ Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən Sərxan Mailli və Niyaməddin Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
9 İyul , 2018 16:52
Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərin cinayət işi məhkəməyə göndərilib
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən Sərxan Mailli və Niyaməddin Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası iyulun 10-na təyin edilib.

Cinayət işi hakim Şəkər Məmmədovanın icraatına verilib.

Qeyd edək ki, quldurluq hadisəsi ötən ilin dekabr ayında baş verib. Bakının Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən İsmayıllı rayon sakini Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər.

M.Cabbarov üzərində olan 552 manat pulu onlara verdikdən sonra naməlum şəxslər yanacaqdoldurma məntəqəsini tərk ediblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş S.Mailli və Kürdəmir sakini N.Mustafayev tutulublar.

Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi